Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov və Duzdağ Müalicə Mərkəzinin icraçı direktoru Fəxri Mehbalıyev Sumqayıt şəhərindən gəlib Duzdağ Müalicə Mərkəzində müalicə olunan şəhid Babayev Rahib Bəxtiyar oğlunun ailə üzvlərinin müalicəsi ilə maraqlanmış, çay süfrəsi arxasında səmimi söhbət etmişlər.
Şəhidin həyat yoldaşı Aygün xanım müalicəsindən, Mərkəzdə onlara göstərilən qayğıdan razı qalmış, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizə öz minnətdarlığını bildirmişdir.