Şəhid ailələrinin iştirakı ilə "Qəhrəmanlar Unudulmur" layihəsi çərçivəsində tədbir keçirilib.

Yanvarın 9-da Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 4 nömrəli tam orta məktəbdə "Qəhrəmanlar Unudulmur" layihəsi çərçivəsində tədbir keçirilib. 

Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, şöbənin böyük məsləhətçisi Pərvin Səfərov, Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin sədri Mayis Gülməmmədov, Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ceyran Məmmədova, şəhid ailələri, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər. 

Tədbirdə çıxış edənlər şəhidlərimizin  44 günlük vətən müharibəsində göstərdikləri qəhrəmanlıqdan danışıb, onların vətənpərvərlik nümunəsini bugünkü və gələcək nəsillər üçün bir örnək olduğunu vurğulayıblar. Həmçinin vurğulanıb ki, Ali Baş Komandanımız İlham Əliyevin dəmir yumruğu ətrafında sıx birləşərək şəhidlik zirvəsinə ucalan soydaşlarımız, müharibə əlilləri, vətən müharibəsi iştirakçıları heç zaman unudulmayacaq. Onların Azərbaycan xalqının qəlbində ucaltdıqları qəhrəmanlıq abidəsi daim anılacaqdır. Şagirdlərin qiraət etdikləri şeirlər, vətənpərvərlik ruhunda oxuduqları mahnılar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı. 

Sonda məktəbin kollektivi və şəhid ailələri ilə birgə xatirə şəkili çəkdirilib.