Bu gün Naxçıvan Şəhər Prokuroru və Prokurorluğun əməkdaşları Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi müdirinin də iştirakı ilə şəhid ailələrini ziyarət edib, onların qayğıları və problemləri ilə maraqlanıblar. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə dövlətimizə öz minnətdarlıqlarını bildiriblər.