Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan KOBİM tərəfindən Gənclər Mərkəzində keçirilən təlimdə İcra hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunun böyük məsləhətçisi Ənvər Abbasov iştirakçılara təlim haqqında məlumat verib. Bildirilib ki, təlim Naxçıvan şəhərində təsərrüfatın müxtəlif sahələri ilə məşğul olan şəxslərin iştirakı ilə təşkil edilən beşinci tədbirdir və 2024-cü ilin sonuna qədər müxtəlif mövzularda olmaqla davam etdirilməsi nəzərdə tutulub.
Sonra Naxçıvan KOBİM-in təlimçisi Təhmasib Quluzadə “Rəqəmsal iqtisadiyyatda neyro marketinq” haqqında ətraflı məumat verib, iştirakçıları maraqlandıran sualları cavabandırıb və iştirakçılara sertifikatlar təqdim edilib.