“Rəqəmsal İnsan Hüquqları” mövzusunda məlumat sessiyası keçirilib

Avqustun 22-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və “Hüquqi, Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzi” ictimai birliyinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində məlumat sessiyası keçirilib.
Tədbirdə Ombudsman aparatının, ictimai birliyin, həmçinin məhkəmə, prokurorluq, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları, eləcə də media qurumlarının nümayəndələri iştirak edib.
Ombudsman aparatının şöbə müdiri Vahidə Bayramova giriş sözü ilə çıxış edərək rəqəmsal hüquqların müasir hüquq elminə yeni istiqamət verməsi, elektron mühitdə yaranan ictimai münasibətlərin tənzimlənməsində insan hüquqlarının rolu və bu çərçivədə təşkil olunan məlumat sessiyasının əhəmiyyəti barədə məlumat verib.
Sonra Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Hüquqi, Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzi” ictimai birliyinin həmtəsisçisi və idarə heyətinin sədri Esmira Tağıyeva çıxış edərək rəqəmsal insan hüquqlarının əsasını təşkil edən ifadə azadlığı, şəxsi həyatın qorunması, şəxsi məlumatların icazəsiz toplanması və digər fundamental prinsipləri beynəlxalq və milli hüquq kontekstində təhlil etdiyini bildirib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, “Rəqəmsal İnsan Hüquqları” mövzusunda keçirilən tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Ramazan Nəsirovda iştirak edib.