Qurban bayramı ilə əlaqədar heyvan kəsimi yerlərində dezinfeksiya tədbirləri görülüb

Qurban bayramı ilə əlaqədar olaraq Naxçıvan şəhərində heyvanların kəsimi üçün ayrılmış Çənlibel məhəlləsində çadırların ətrafında dezinfeksiya tədbirləri həyata keçirilib.
Tədbirlər Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən Naxçıvan Aqrar Xidmətlər Mərkəzinin mütəxəssisləri tərəfindən icra olunub.
Dezinfeksiya işlərinin aparılmasında məqsəd epizootik sabitliyin qorunması və infeksion xəstəliklərin yayılmasının qarşısının alınması, eləcə də bayram günlərində sanitariya-gigiyena tələblərinə əməl olunmasının təmin edilməsidir.