Baxış zamanı aid şəxslərə satış və kəsimə dair müvafiq qaydalara riayət olunması tapşırılıb, baytarlıq və sanitar-gigiyenik tələblərə əməl olunması tövsiyə olunub.
Qeyd edək ki, bayram günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi məqsədilə muxtar respublikada 8 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib. Nəzarət tədbirlərinin həyata keçirilməsi üçün Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşları da daxil olmaqla işçi qrupları yaradılıb.
Muxtar respublika ərazisində mövcud olan epizootik sabitliyin təmin edilməsi və infeksion xəstəliklərin qarşısının alınması məqsədilə Naxçıvan Aqrar Xidmətlər Mərkəzinin əməkdaşları tərəfindən sözügedən yerlərdə dezinfeksiya işlərinin həyata keçirilməsi də təmin olunur.