Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Naxçıvan Regional Qaz İstismarı İdarəsindən verilən məlumata əsasən, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar saat 14:30-dan etibarən işlər yekunlaşanadək Naxçıvan şəhərinin Xətai məhəlləsində qaz təchizatında fasilə yaranacaq.
Qaz təchizatının təmir-quraşdırma işləri başa çatdıqdan sonra bərpa olunması nəzərdə tutulur.