30 sentyabr 2026-cı il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə “Yaşayış sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması istiqamətində görüləcək işlər və yanğın təhlükəsizliyinin təmin olunmasında yerli özünüidarəetmə orqanlarının, eləcə də vətəndaşların üzərinə düşən vəzifələr” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Nail Əliyev giriş sözü ilə çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, yaşayış sahələrində yanğın təhlükəsizliyinin təmin olunması, qabaqlayıcı tədbirlərin görülməsi və bu istiqamətdə maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Mirtaleh Seyidov, Nurlan Sadiqov və Nurlan Məmmədov mövzu ilə bağlı çıxış ediblər.
Tədbir çərçivəsində çıxışlarda qeyd olunan məsələlərlə bağlı videoçarxlar nümayiş etdirilib və iştirakçılara yanğın təhlükəsizliyi qaydaları barədə ətraflı məlumat verilib.