Qaraxanbəyli kəndində sakinlərin müraciətləri dinlənilib

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Anar Babayev dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən məsələlərin yerində araşdırılması və operativ həlli məqsədilə 28 avqust 2026-cı il tarixdə Qaraxanbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin əhatə etdiyi ərazidə yaşayan vətəndaşlarla səyyar qəbul keçirib.
Qəbul Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edən icra başçısı Anar Babayev bildirib ki, İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların əsas məqsədi vətəndaş məmnunluğunun təmin olunması, əhalinin rifah halının daha da yaxşılaşdırılmasıdır. O qeyd edib ki, səyyar qəbullar vətəndaşların problemlərinin yerində araşdırılması və operativ həlli baxımından mühüm əhəmiyyət daşıyır.
Qəbul zamanı sakinlərin müraciətləri dinlənilib, həlli mümkün olan məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib. Vaxt tələb edən müraciətlər nəzarətə götürülüb, icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara yönləndirilməsi üçün qeydiyyata alınıb.
Sakinlər müraciətlərinə göstərilən diqqətə və əvvəlki səyyar qəbullarda qaldırılan problemlərin həllinə görə minnətdarlıqlarını bildiriblər.