Qaraçuq kəndində “20 Yanvar - Ümumxalq Hüzn Günü”nə həsr olunmuş anım tədbiri keçirilib

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının Qaraçuq Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində “20 Yanvar - Ümumxalq Hüzn Günü”nə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər 20 Yanvar faciəsinin Azərbaycan xalqının cəsarətinin, milli iradəsinin ən bariz nümunəsi olduğu bildirib, faciənin Azərbaycan tarixində yalnız hüzn deyil, eyni zamanda, xalqımızın ləyaqət və qürur salnaməsi olduğunu vurğulayıblar. Qeyd olunub ki, həmin ağır günlərdə nümayiş olunan birlik və qətiyyət sonrakı illərdə dövlət müstəqilliyimizin bərpası və möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır.