Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər mövzusunda tədbir keçirilib

Avqustun 21-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Məşğulluq Agentliyinin, Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun, KOBİA Naxçıvan regional koordinatorluğunun, müvəkkil kredit təşkilatlarının əməkdaşlarının və müxtəlif sahələr üzrə fəaliyyət göstərən qadın sahibkarların iştirakı ilə Naxçıvan Şəhər İcra Hakimiyyətində tədbir keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd qadın sahibkarların fəaliyyətinin dəstəklənməsindən, onların üzləşdiyi çətinliklərin və həlli yollarının müzakirə olunmasından, həmçinin sahibkarlığa dəstək göstərən qurumların xidmətləri barədə məlumatlandırmadan ibarət olub.
Tədbir çərçivəsində müvafiq təşkilatların nümayəndələri və sahibkar qadınlar arasında fikir mübadiləsi də aparılıb.
Qeyd edək ki, tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının İstehsal və xidmət sahələri sektorunun müdiri İqbal Allahverdiyev də iştirak edib.
Sonda qadın sahibkarları maraqlandıran suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb və təklifləri dinlənilib.