1988-ci ildə Qərbi Azərbaycanın Paşalı rayonundan deportasiya olunaraq Naxçıvan şəhəri, Əcəmi Naxçıvani küçəsi bina 39-da məskunlaşan Abbasov Bəhlul Qaytaran oğlu və Həziyev Fənər Oruc oğlunun ailə üzvləri ilə görüşlər keçirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülxanım Orucovanın iştirakı ilə keçirilən görüşlər zamanı bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qərbi Azərbaycanlıların pozulmuş hüquqlarının bərpasını daim diqqətdə saxlayır. Ölkə başçısı 2025-ci il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsi zamanı da məhz bu məqamı vurğulamışdır. Bu istiqamətdə görülən ardıcıl tədbirlər xalqımızda bir daha əminlik yaradır ki, soydaşlarımızın tarixi yurdlarına, öz evlərinə qayıdacağı günlər yaxındır.
Ailə üzvləri bildiriblər ki, Vətən sevgisi, o torpaqlar unudulmayıb və unudulmayacaq. Bu gün Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi onların bu ümidlərini, nikbinlik hisslərini daha da artırır.
Həmçinin görüş zamanı ailələrin sosial problemləri ilə maraqlanılıb və onların həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.
Hər iki ailə onlara göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.