"Qəhrəmanlar Unudulmur" layihəsi çərçivəsində tədbir keçirilib.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Naxçıvan Şəhər Təhsil  Şöbəsinin dəstəyi ilə dekabrın 5-də 1 nömrəli tam orta məktəbdə şəhid ailələrinin iştirakı ilə "Qəhrəmanlar Unudulmur" layihəsi çərçivəsində  tədbir keçirilib. İlk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxış edərək vurğulayıb ki, ümumtəhsil məktəblərində keçirilən bu cür tədbirlər gənclərimizə vətənpərvərlik hisslərini aşılamaq məqsədi daşıyır.

Şöbə müdiri qeyd edib ki, Ümummilli liderimizin müstəsna xidmətləri sayəsində formalaşan ordumuz Ali Baş komandanımız Cənab İlham Əliyevin dəmir yumruğu ətrafında sıx birləşərək torpaqlarımızı  44 gün ərzində düşmən tapdağından azad etdi. Düşmənin terroruna antiterror əməliyyatı ilə cavab verən ordumuzun sayəsində ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olundu. Tədbirdə Təhsil Şöbəsinin əməkdaşı Ceyran Məmmədova, şəhid anası Məryəm Rəcəbova və məktəbin direktoru Asudə Məmmədova çıxış edib. Şagirdlər tərəfindən ifa olunan rəqslər, qiraət olunan şeir parçaları şəhid ailələri və tədbir iştirakçıları tərəfindən razılıqla qarşılandı.