“Qədim ənənələrimiz gələcəyimizə mirasdır” mövzusunda tədbir keçirilib

21 oktyabr 2025-ci il tarixdə Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim ənənələrimiz gələcəyimizə mirasdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Rəfail Əhmədov açılış nitqi ilə çıxış edərək mövzunun əhəmiyyətindən bəhs edib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Uşaq problemləri şöbəsinin müdiri Gülər Əhmədova çıxış edərək bildirib ki, xalqımızın qədim ənənələri milli kimliyimizin təməlini təşkil edir. Bu ənənələr nəsildən-nəslə ötürülərək bizi tarixi köklərimizə bağlayır. O, vurğulayıb ki, ailədə böyüklərə hörmət və əməksevərlik kimi dəyərlərin qorunması gələcək nəsillər üçün əsl mənəvi mirasdır.
Tədbirdə Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ceyran Məmmədova çıxış edərək mövzu ətrafında fikirlərini bölüşüb.
Məktəbin direktoru Sevil Mirzəyeva tədbirin təşkilatçılarına təşəkkürünü bildirib və belə tədbirlərin gənclərin maarifləndirilməsi baxımından önəmini qeyd edib.
Tədbir diskussiya şəklində davam edib, iştirakçılara mövzu ilə bağlı broşürlər paylanılıb.