Oktyabrın 29-da şəhid Əliyev Oqtay Etibar oğlunun doğum günü münasibətilə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, şöbənin böyük məsləhətçisi Pərvin Səfərov, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin rəis əvəzi Sultan Zamanov, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Agentliyinin nümayəndəsi və şəhidin ailə üzvləri şəhidin məzarını ziyarət ediblər.
Şəhid ailəsi göstərilən diqqət və qayğıya görə minnətdarlıq bildirib.