Oktyabrın 1-dən ölkədə o cümlədən Naxçıvan şəhərində 2025-2026-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarında məşğələlər başlayıb.

21 iyun tarixindən 12 sentyabr tarixinədək aparılan elektron sistem vasitəsi ilə Naxçıvanda ümumilikdə 17 ümumtəhsil məktəbinə 41 qrupda 830-dan artıq uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib.
Məlumat üçün bildirək ki, məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir. Qruplarda gün ərzində 3, həftədə 4 gün olmaqla 12 məşğələtəşkil olunr. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə isə 10 dəqiqə müəyyənləşdirilib və dərs ili iki yarımilə bölünür. Məşğələlər oktyabrın 1-də başlayıb, mayın 31-də başa çatır.
Məktəbəhazırlıq uşaqlarda oxumaq həvəsini, onların məktəbə müsbət emosional münasibətinin formalaşdırılmasını, məktəbə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasını və I sinfə hazırlığını təmin edir.