Noyabrın 6-da şəhid Quliyev Vəli Vəli oğlunun anım günü qeyd olunub.

Tədbirdə Naxçıvan Şəhər İcra  Hakimiyyətinin Vətən müharibəsi istirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin nümayəndələri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Heydər Əliyev adına Hərbi Liseyin müəlimləri, 14 və 17 nömrəli tam orta məktəblərin şagirdləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən İcra hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov şəhid Vəli Quliyevin döyüş yolundan bəhs edib, dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb. Tədbirdə şəhid ailələri, qazilər, şəhidin döyüş yoldaşları, Heydər Əliyev adına Hərbi Liseyin müəllimi çıxış edib, 14 nömrəli tam orta məktəbin şagirdləri şeirlər söyləyiblər.