Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə ölkənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hər il mayın 21-dən 27-dək bütün dünyada “Türk mətbəxi həftəsi” keçirilir.
“Türk mətbəxi həftəsi” çərçivəsində mayın 22-də Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı (MR) Baş Konsulluğunun iqamətgahında tədbir təşkil olunub. Tədbirdə dövlət, hökumət nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya ölkəsinin zəngin ənənələrindən danışıb. O vurğulayıb ki, "Türk mətbəxi həftəsi”ndə Türkiyənin ənənələri, zəngin mətbəxi dünyaya tanıdılır.
Tədbirdə türk mətbəxinin tarixindən bəhs olunub və bu mətbəxə aid nümunələr təqdim edilib.