Naxçıvanda tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib

Martın 9-da Dövlət İmtahan Mərkəzi tərəfindən muxtar respublikanın bütün ümumi təhsil müəssisələrinin 11-ci sinfini bitirən şagirdlər üçün buraxılış imtahanı keçirilib.

İmtahan Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə, 11 nömrəli tam orta məktəbdə, 14 nömrəli tam orta məktəbdə, Heydər Əliyev adına məktəbdə və Naxçıvan şəhər Heydər Əliyev adına Hərbi liseydə olmaqla, 5 binada keçirilib.

Naxçıvan şəhərində keçirilən imtahanda, ümumilikdə, 1291 abituriyent iştirak edib. İmtahanın idarə olunmasına 16 imtahan rəhbəri, 126  nəzarətçi cəlb olunub.

Qeyd edək ki, imtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.

Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən də Naxçıvan şəhərində keçirilən imtahanların ərazisinin təşkil edilməsi diqqətdə saxlanılmışdır.