Naxçıvanda növbəti dəfə “SUVAR!” aksiyası keçirilib

Mayın 29-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti dəfə “SUVAR” ekoloji aksiyası keçirilib.
Aksiyanın keçirilməsində əsas məqsəd yaşıllıqların qorunması, ətraf mühitin mühafizəsinə ictimai dəstəyi gücləndirmək, ekoloji məsuliyyət hissini artırmaq və iqlim dəyişikliklərinə qarşı maarifləndirməni gücləndirməkdən ibarətdir.
Aksiya zamanı iştirakçılara sudan səmərəli istifadə, suya qənaət və yaşıllıqların qorunmasının vacibliyi barədə ətraflı məlumat verilib. Tədbir çərçivəsində ərazidəki ağaclara aqrotexniki qulluq göstərilib, torpaq yumşaldılıb, qurumuş budaqlar budanıb və suvarma işləri aparılıb.
Könüllülər tərəfindən ətraf ərazidə yaşayan vətəndaşlara yaşıllıqların artırılması və qorunmasının əhəmiyyətindən bəhs edən maarifləndirici bukletlər paylanılıb.
Qeyd edək ki, budəfəki ekoloji aksiya Naxçıvan Dövlət Universitetinin ərazisində baş tutub. Eyni zamanda bu cür aksiyaların keçirilməsi bundan sonra da mütəmadi olaraq davam etdiriləcəkdir.