03 aprel 2026-cı il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə aidiyyəti qurumların iştirakı ilə Qaraçuq kəndində “Vətəndaşların və kommersiya obyektlərinin enerji qoşulmasına dair tələblər, rüsumlar və normalar” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Səftər Abdullayev tədbirin açılış nitqində onun məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verib.
Daha sonra Naxçıvan Regional Qaz İstismar İdarəsinin Naxçıvan Xidmət sahəsi üzrə rəis müavini Qurban Məmməndov, Azəriqazın Asan Xidmət əməkdaşı Qənbərov Qənbər və Azərişıq ASC-nin Asan Xidmətdəki nümayəndəsi Paşayev Əsgər mövzu ilə bağlı çıxışlar ediblər.
Tədbirin sonunda iştirakçıların sualları ətraflı cavablandırılıb. Qeyd olunub ki, tədbirin əsas məqsədi enerji qoşulması prosesinin mərhələləri, tələb olunan sənədlər, texniki şərtlər, qoşulma rüsumları, güc limitləri və digər normativ göstəricilər barədə əhalini məlumatlandırmaqdır.