Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin təşəbbüsü və Naxçıvan Şəhər İcra Hakimiyyətinin, həmçinin Azərbaycan Nəşriyyatlar Assosiasiyası İctimai Birliyinin (ANAİB) təşkilatçılığı ilə baş tutan "BookFest Kitab Sərgisi Naxçıvan 2025" üç gün ərzində davam edib, həmçinin tədbirdə bir-birindən maraqlı layihələr təqdim olunub.