Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələr sırasında baramaçılıq və ipəkçiliyin inkişafı prioritet kimi qeyd edilib.
Proqramın icrasına uyğun olaraq baramaçılıqda yem bazasının gücləndirilməsi məqsədilə ötən dövrdə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, eləcə də şəhər və rayon icra hakimiyyətlərinin təşkilatçılığı ilə yeni tut bağları salınıb.
Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən 2024-cü ildə Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyindən alınaraq Naxçıvan-Sədərək magistral yolunun sol kənarına əkilmiş 1200 ədəd tut tinglərinin yenidən bərpası məqsədi ilə 150 ədəd tut tingi 07 aprel 2025-ci il tarixdə Naxçıvan-Sədərək magistral yolunun sol kənarlarına yenidən əkilib. Əkilmiş tut tinglərinin qurumaması üçün tinglərə aqrotexniki qaydada mütəmadi olaraq qulluq göstəriləcəkdir.