Naxçıvan Sukanalizasiya İdarəsi tərəfindən Naxçıvan şəhərinin müxtəlif istiqamətlərində quraşdırılmış siyirtmələrin təmiri və ya yenisi ilə əvəz edilməsi prosesi həyata keçirilir

Naxçıvan Sukanalizasiya İdarəsi tərəfindən Naxçıvan  şəhərinin müxtəlif istiqamətlərində quraşdırılmış siyirtmələrin təmiri və ya yenisi ilə əvəz edilməsi prosesi  həyata keçirilir. Bu proses 18 may 2024-cü il tarixdə Əliabad qəsəbəsində təmirə ehtiyacı olan iki siyirtmədə təmir edilmişdir. Təmir axşam saatlarında aparılmasına əsas səbəb isə əhalinin su ilə təminatında kəsintilərə yol verməməkdir.