Yanvarın 12-də “2025-ci ildə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr” mövzusunda hesabat tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad edilib.