İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata əsasən, 07 may 2026-cı il tarixindən diametri 450 mm olan magistral xətdə baş vermiş qəzanın aradan qaldırılması üçün aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq Naxçıvan şəhərinin bəzi ərazilərinin - M.P.Vaqif, S.Vurğun, N.Naxçıvani, H.Aslanov, Z.Əliyeva, Ə.Qəmküsar, 10 və 11-ci küçələri, Atabəylər, Babək, Əlincə, Azərbaycan, 6, 54, 56, 58, 60, 61-ci məhəllələri, həmçinin Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərinin su təchizatında müvəqqəti fasilə yaranacaqdır.
Təmir işləri yekunlaşdıqdan sonra içməli suyun əvvəlki rejimlə verilməsi gün ərzində bərpa ediləcəkdir.
Əlavə məlumat üçün “545-01-93” və “955” Çağrı Mərkəzi (7/24) fəaliyyət göstərir.