Naxçıvan şəhərinin müəyyən ünvanlarına qazın verilməsində fasilə yaranacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Naxçıvan Regional Qaz İstismarı İdarəsindən verilən məlumata əsasən, Naxçıvan şəhər Əziz Əliyev prospektində aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq saat 12:30-dək 6437 abonentin və 300 qeyri-yaşayış obyektinin müvəqqəti olaraq qaz təchizatı dayandırılacaq.
Təmir-bərpa işləri zamanı 10-cu küçə, Çənlibel məhəlləsi, 36-cı məhəllə, 20-ci məhəllə, Məmməd Araz küçəsi, Xətai məhəlləsi, 48-ci məhəllə, 49-cu məhəllə, Əziz Əliyev küçəsi, Şahtaxtinski küçəsi, 9-cu məhəllə, 35-ci məhəllə, Ümid gənclər şəhərciyi, Sabir küçəsi, 11-ci məhəllə, 12-ci məhəllə, Qoçüstü məhəlləsi, “Cahan” Ticarət Mərkəzində qaz təchizatında məhdudiyyət olacaq.
Təmir işləri yekunlaşdıqdan sonra qazın əvvəlki rejimlə verilməsi bərpa olunacaqdır.