Naxçıvan şəhərinin müəyyən ünvanlarına elektrik enerjisinin verilməsinə görə fasilə yaranacaq

“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) “Naxçıvan Enerji” MMC ilə razılaşdırılmış sifarişinə əsasən yenidənqurma və təmir işləri ilə aparılacaq.
RETSİ-dən bildirilib ki, bununla əlaqədar 28 may 2026-cı il tarixində 110/35/10 kV-luq Xalçaçılıq yarımstansiyasından qidalanan Naxçıvan şəhərinin Əliabad qəsəbəsində, S.Vurğun, Şəhriyar, 48, 59, 60 və 61-ci küçələrində, Əcəmi, İstiqlal və Heydər Əliyev prospektlərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. Enerji təchizatında fasilə saat 02:00-dan 04:00-dək müddətini əhatə edəcək.
Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədilə müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işlərinin görülməsi nəzərdə tutulur.