Abadlıq işləri zamanı Heydər Əliyev prospekti bina 22-nin qarşısında yararsız olan piyada səkisinə yeni kilid daşları düzülüb, Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin ətrafında bardürlər təmir olunub.
Həmçinin, Atatürk küçəsi ev 68 və 6-cı küçə döngə 8-də vətəndaşların həyətinə və evlərinin zirzəmi qatına yağış sularının dolmasının qarşısının alınması məqsədilə yolda təmir işləri aparılmış, Əziz Əliyev, Atatürk, Nizami küçələrində və Atabəylər məhəlləsində sıradan çıxmış sukanalizasiya və rabitə quyularının qapaqları yeniləri ilə əvəz olunmuşdur.
Qeyd edək ki, Naxçıvan Bələdiyyəsinin nəzdində yaradılmış “Naxçıvan Abadlıq” MMC tərəfindən həyata keçirilən bu tədbirlər davamlı xarakter daşıyır.