Naxçıvan şəhərinin bir sıra ərazilərində elektrik enerjisinin təchizatında fasilə yaranacaq

İyulun 12-də 110/35/10 kV-luq Xalçaçılıq yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar 1, 9, 13, 16, 19, 25, 33 və Xalçaçılıq 10 kV-luq hava elektrik verilişi xətlərində elektrik enerjisinin təchizatı müvəqqəti dayandırılacaq.
“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) -dən verilən məlumata görə, bununla əlaqədar sabah saat 01:30-dan 05:00-dək Naxçıvan şəhərinin İstiqlal küçəsində yerləşən 111, 113, 115, 117 və 129 nömrəli binalarda, Şadlinski, Bəktaşi, Nizami, İlqar Ələkbərov, Səməd Vurğun, Xətai və Vüqar Abbasov küçələrində, Əcəmi, 54, 56, 59, 60 və 61-ci məhəllələrində, həmçinin Əliabad qəsəbəsində elektrik enerjisinin verilişində fasilə yaranacaqdır.
Qeyd edək ki, enerji təchizatı sisteminin etibarlılığının artırılması məqsədilə elektrik xətlərində və yarımstansiyalarda təmir-bərpa və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir.