İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata əsasən, 10 iyul 2026-cı il tarixində saat 00:00-dan diametri 355 mm olan magistral xətdə baş vermiş qəzanın aradan qaldırılması üçün aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq Naxçıvan şəhərinin bəzi ərazilərinin - Z.Əliyeva, Ə.Qəmküsar, 10 və 11-ci küçələri, Atabəylər, Babək, Əlincə, Azərbaycan, 6, 54, 56, 58, 60, 61-ci məhəllələri, Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərinin su təchizatında müvəqqəti fasilə yaranacaqdır.
Təmir işləri yekunlaşdıqdan sonra içməli suyun əvvəlki rejimlə verilməsi gün ərzində bərpa ediləcəkdir.
Əlavə məlumat üçün “545-01-93” və “955” Çağrı Mərkəzi (7/24) fəaliyyət göstərir.