Naxçıvan şəhərinin Babək məhəllələri və Əliqulu Qəmküsar küçələrinin kəsişməsində suyun verilişində fasilə yaranacaq

Sentyabrın 7-i günün ikinci yarısından etibarən diametri 160 mm olan magistral su xəttindən “MİDA” MMC-nin inşa etdiyi yaşayış kompleksinə birləşmə verilməsi həyata keçiriləcək.
Bu səbəbdən Naxçıvan şəhərinin Babək məhəllələri və Əliqulu Qəmküsar küçələrinin kəsişməsində suyun verilişində gün ərzində fasilə yaranacaq.
İşlər bitdikdən sonra su təchizatı əvvəlki rejimlə bərpa olunacaq.
Məlumat üçün “545-01-93” və “955” Çağrı Mərkəzi (7/24) ilə əlaqə saxlaya bilərsiniz.