Naxçıvan şəhərinin bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin Naxçıvan Regional Qaz İstismarı İdarəsi tərəfindən məlumat verilib.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar avqustun 26-da saat 11:30-dan işlər yekunlaşanadək Naxçıvan şəhərinin N.Naxçıvani küçəsinin və saat 15:00-dan işlər yekunlaşanadək Əliabad qəsəbəsinin qaz təchizatında fasilə olacaq.