Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olacaq

Yanvarın 15-də Naxçıvan şəhərində “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq. Bu səbəbdən 110/35/10 kV-luq “Koroğlu” yarımstansiyasından qidalanan 1 nömrəli  transfarmator razılaşdırılmış sifariş əsasında açılacaq.
Eyni zamanda, Milli SCADA sisteminin qurulması məqsədilə Naxçıvan şəhərinin Qoçüstü məhəlləsi, Çənlibel, 35-ci məhəllə, Sabir küçəsi, Şaxtatinski küçəsi, Gəray Əsədov küçəsi və 10–11-ci küçələrdə saat 19:30-dan 20:30-dək elektrik enerjisinin verilişində fasilə olacaq.
Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədilə müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işlərinin görülməsi nəzərdə tutulur.