Məlumat üçün bildiririk ki, 3 avqust 2026-cı il tarixində saat 05:00-dan 07:00-dək yenidənqurma işləri ilə əlaqədar olaraq Naxçıvan şəhərinin 21, 22, 35, 36, 48, 49, 50 və 52-ci məhəllələrində, həmçinin Abbas Zamanov və Xətai küçələrində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Qeyd olunan işlərlə əlaqədar ümumilikdə 2126 abonentin elektrik təchizatında məhdudiyyət olacaq.
Təmir-yenidənqurma işləri başa çatdıqdan dərhal sonra abonentlərin elektrik təchizatı tam həcmdə bərpa ediləcəkdir.