Naxçıvan şəhərində “Zəfər Kuboku” uğrunda “Xəmsə” Milli İntellektual Oyununun Naxçıvan şəhər mərhələsi keçirilib

30 oktyabr 2025-ci il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında “Zəfər Kuboku” uğrunda “Xəmsə” Milli İntellektual Oyununun Naxçıvan şəhər mərhələsi keçirilib.
Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə baş tutan yarışda 8 ümumtəhsil məktəbindən 40 şagird iştirak edərək bilik və zəkalarını nümayiş etdiriblər.
Yarışın yekun nəticələrinə əsasən, Naxçıvan şəhər 9 nömrəli tam orta məktəb I yerə, Naxçıvan şəhər 11 nömrəli tam orta məktəb II yerə, Naxçıvan şəhər 17 nömrəli tam orta məktəb isə III yerə layiq görülüb.
Yarışda fərqlənən komandalar və iştirakçılar təşkilatçılar tərəfindən diplomlarla, qalib komanda isə kubokla təltif olunub.
Qeyd edək ki, Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin komandası 5 noyabr 2025-ci il tarixində keçiriləcək muxtar respublika birinciliyində Naxçıvan şəhərini təmsil edəcək.