Naxçıvan şəhərində yeni işə qəbul olunan gənc müəllimlərlə görüş keçirilib

Yeni işə qəbul olunan gənc müəllimlərlə növbəti görüş Naxçıvan şəhərində keçirilib və şəhərin müəssisə rəhbərləri ilə ötən tədris ilinin nəticələri və cari məsələlər müzakirə olunub.
Ölkə üzrə mərkəzləşmiş qaydada keçirilən müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanaraq Naxçıvan şəhərinin ümumtəhsil məktəblərində yeni işə başlayan gənc müəllimlərlə görüş keçirilib.
Görüşdə iştirak edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev, Naxçıvan Muxtar Respublikası təhsil naziri Elxan Nəcəfov gənc müəllimləri təbrik edib, onlara tövsiyələrini çatdırıblar.
Həmin gün həmçinin Naxçıvan şəhərinin ümumtəhsil məktəblərinin məzunlarının buraxılış və qəbul imtahanlarında ötən tədris ilində və son üç ildə göstərdikləri nəticələr müzakirə olunub.