Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunması ilə bağlı olaraq Naxçıvan Şəhər İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq bir sıra tədbirlərin görülməsi davam etdirilməkdədir.
Belə ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, mənzil istismar idarələrinin, sahə inzibati ərazi dairələrinin və digər tabeli təşkilatların iştirakı ilə Naxçıvan şəhəri ərazisində, şəhərin qəsəbə və kəndlərində abadlıq və təmizlik işləri aparılıb.
Həmçinin şəhər ərazisində təmizlik işlərindən əlavə mövsümi yaşıllaşdırma, mövcud yaşıllıqların qorunması, yaşıllıqlara aqrotexniki qulluq göstərilməsi və suvarılması işləri də həyata keçirilib.
Eyni zamanda şəhərin mərkəzi küçələrində və prospektlərində, binaların həyətlərində yol kənarları alaq otlarından təmizlənib, qurumuş ağaclar ərazidən götürülüb, işıq lampaları düzəldilib, mövsümlə əlaqədar ağac və kollarda budama aparılıb, ağacların dibləri bellənib və ağaclara xüsusi qaydada aqrotexniki qulluq göstərilib.
Ərazilər ətraf mühit və insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib.