Dekabrın 2-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov və həmin şöbənin böyük məsləhətçisi Pərvin Səfərov şəhid Nəcəfov Rüstəm Hidayət oğlunun, Hüseynov Raqib Adil oğlunun, Balabəyli Elcan Vasif oğlunun valideynlərinin yaşadıqları mənzili ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar. Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayevin şəhid ailələrinə salamını çatdırmış və onun şəhid ailələrinə olan hörmət və ehtiramını ifadə etmişlər. Şəhid ailələri ilə söhbət zamanı vurğulanıb ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız heç bir zaman unudulmayacaq, onların xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Sonra mənzillərdə şəhidlərin həyat və döyüş yolunu əks etdirən guşəyə baxış olub.