Naxçıvan şəhərində “Xan çinarı” ağaclarının əkilməsi davam etdirilir

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayevin də iştirakı ilə Naxçıvan Dövlət Universitetinin Kampusunda ekoloji mühitin sağlamlaşdırılması məqsədilə 80 ədəd “Xan çinarı” ağacı əkilib. Ağacların əkilməsində universitetin rektoru Elbrus İsayev, Azərbaycan Dövlət İqtisad Universiteti “Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamenti”nin direktoru Zahid Məmmədov, azərbaycanlı alim, ixtiraçı, elektronika mühəndisi Xəlil Kələntər və universitetin prorektorları, rektor müşavirləri, bütün fakültələrin dekanları, iştirak ediblər.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev şəxsi facebook hesabında bununla bağlı paylaşım edərək Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayevə göstərdiyi dəstəyə görə təşəkkür edib.
Qeyd edək ki, hər bir əkilən ağac üçün xüsusi QR kod yaradılacaq və bu kod vasitəsilə “Xan çinarı” ağacının əkilməsini əks etdirən video görüntülərə baxmaq mümkün olacaq.