Naxçıvan şəhərində Xətai küçəsinin yenilənməsi davam etdirilir

Naxçıvan şəhərində yol infrastrukturunun yenilənməsi istiqamətində işlər davam etdirilir.Şəhərin Xətai küçəsində uzunluğu 7,7 kilometr olan avtomobil yolunda asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Görülən işlər çərçivəsində yolun 4,5 kilometrə yaxın hissəsinə artıq birinci qat asfalt örtüyü çəkilib.
Hazırda yolun digər hissələrində asfalt-beton örtüyünün döşənməsi işləri davam etdirilir. İşlərin başa çatdırılması ilə yolun hərəkət rahatlığının və təhlükəsizliyinin daha da artırılması nəzərdə tutulur.