03 noyabr 2025-ci il tarixində Konstitusiya və Suverenlik ili çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə "8 Noyabr - Zəfər Günü”nə həsr olunmuş “Vətənimin Zəfər Səhifəsi” adlı şeir müsabiqəsi keçirilib. Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə keçirilən müsabiqədə ümumtəhsil məktəblərinin hər birindən bir nəfər olmaqla, ümumilikdə 17 şagird iştirak edib.
Müsabiqənin yekununa əsasən Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Mürsəlova Səkinə Məhərrəm qızı I yerin, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin VII sinif şagirdi Əliyev Elcan Elşən oğlu və Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin X sinif şagirdi Məmmədli Xatirə Şahin qızı II yerin, Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin IX sinif şagirdi Məmmədova Rahilə Elnur qızı və Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin X sinif şagirdi Hacıyev Emil Yusif oğlu isə III yerin qalibi olublar.
Sonda yer tutan şagirdlərə təşkilatçıların diplomları və hədiyyələr təqdim olunub.