Oktyabrın 11-də Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, başçının vəzifələrini müvəqqəti icra edən Əhməd Vəliyev 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində yaşayan Naxçıvan şəhər sakinlərini qəbul edib.
Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin iclas zalında keçirilən qəbulda sakinlərlə yanaşı İcra hakimiyyətinin məsul şəxsləri və tabeli qurumların rəhbərləri də iştirak ediblər. Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad olunub. Qəbul zamanı ərazi üzrə 12 nəfərin müraciəti dinlənilib. Vətəndaşların müraciətləri əsasən daşınmaz əmlak, sukanalizasiya, məşğulluq, sosial müdafiə və digər məsələlərlə bağlı olub. Qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər isə nəzarətə götürülüb.
Vətəndaşlar müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.