11 noyabr 2026-cı il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Anar Babayev 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsində yaşayan sakinlərlə səyyar qəbul keçirib.
Qəbulda Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anar Babayev vətəndaş məmnunluğunun təmin olunması və problemlərin yerində öyrənilərək həlli istiqamətində səyyar qəbulların əhəmiyyətini vurğulayıb.
Sakinlərin müraciətləri dinlənilib, həlli mümkün olan məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib, digər müraciətlər nəzarətə götürülüb və müvafiq qurumlara yönləndirilməsi üçün qeydiyyata alınıb.
Qəbulda icra hakimiyyətinin məsul əməkdaşları, tabeli qurumların rəhbərləri və vətəndaşlar iştirak ediblər
.