“Konstitusiya və Suverenlik İli” çərçivəsində elan olunmuş “Uşaq Hüquqları Aylığı” münasibətilə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvləri tərəfindən qəyyumluqda olan uşaqlarla görüş təşkil edilib.
Görüş zamanı uşaqların və qəyyumların yaşayış şəraiti ilə yerində tanış olunub, həmçinin onların mövcud problemləri və ehtiyacları dinlənilib. Komissiya üzvləri uşaqların rifah halının yaxşılaşdırılması, onların sağlam böyüməsi və cəmiyyətə faydalı fərd kimi formalaşması üçün dövlət tərəfindən yaradılan imkanlar, sosial müdafiə mexanizmləri və mövcud proqramlar barədə geniş məlumat veriblər.
Bu kimi görüşlərin mütəmadi keçirilməsi uşaqların hüquqlarının qorunmasına, sosial müdafiəsinin gücləndirilməsinə və dövlətin uşaq siyasətinin ardıcıl şəkildə həyata keçirilməsinə xidmət edir.