14 noyabr 2025-ci il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Şəhər Polis İdarəsinin və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib.
Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə keçirilən tədbiri məktəbin direktoru Sevil Mirzəyeva giriş sözü ilə açaraq tədbirin keçilməsinin əsas məqsədi barədə məlumat verib, uşaqların öz hüquqlarını bilməsinin və onlara əməl etməsinin əhəmiyyətini vurğulayıb.
Sonra Naxçıvan Şəhər İcra Hakimiyətinin əməkdaşı Orxan Məhərrəmov, Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşı Türkan Məmmədova və Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Esmira Həsənova mövzu ilə bağlı çıxış edərək ölkəmizdə uşaq hüquqları və mənafelərinin qorunması, təmin olunması istiqamətində görülən işlərdən, eləcə də uşaqların sağlam mühitdə inkişafı üçün yaradılan şəraitdən bəhs ediblər.
Diskusiya şəklində davam edən tədbirdə şagirdlər uşaq hüquq və vəzifələri ilə bağlı müzakirələrə qoşulub, onları maraqlandıran suallar cavablandırılıb.