Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Məscidi kompleksində keçirilən mərasimdə dövlət və hökumət orqanlarının rəhbər şəxsləri, ziyalılar, ağsaqqallar, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər.
Elm adamları, ziyalılar, ağsaqqallar Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər. Mərasimdə ehsan süfrəsi açılıb Ümummilli Liderin xatirəsi ehtiramla yad edilib.