Naxçıvan şəhərində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

5 dekabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Şəhər İcra Hakimyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən tədbiri məktəbin direktoru Asudə Məmmədova açaraq Heydər Əliyevin Azərbaycanın siyasi və ictimai həyatındakı misilsiz xidmətlərindən danışıb, onun ölkəmizin müstəqilliyinin qorunması və inkişafında oynadığı tarixi rolunu xüsusi vurğulayıb
Daha sonra Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Rəfail Əhmədov, Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodisti Ceyran Məmmədova və məktəbin tarix müəllimi Nərminə Cəfərova çıxış edərək Ulu Öndərin şəxsiyyəti, dövlət idarəçiliyi, elm və təhsilə verdiyi böyük əhəmiyyət, eləcə də Naxçıvan Muxtar Respublikasının inkişafında həyata keçirdiyi mühüm islahatlar haqqında çıxış ediblər.
Tədbir məktəbin şagirdlərinin Ulu Öndərə həsr olunmuş bədii qiraət nümunələrinin səsləndirilməsi ilə davam edib.
Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.