Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş şeir müsabiqəsi keçirilib

11 dekabr 2025- ci il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş şeir müsabiqəsi keçirilib.
Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə keçirilən müsabiqədə 17 tam orta məktəbdən hər birindən 1 nəfər olmaqla, ümumilikdə 17 nəfər şagird iştirak edib.
Müsabiqənin yekununa əsasən Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin IX sinif şagirdi Quluzadə Damla Ziya qızı I yerin, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin X sinif şagirdi Rüstəmova Sevgi Azər qızı və Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Fərzəliyeva Aysun Abdulla qızı II yerin, Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin IX sinif şagirdi Məmmədova Rahilə Elnur qızı və Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Mürsəlova Səkinə Məhərrəm qızı III yerin qalibi olublar.
Müsabiqənin sonunda yer tutan şagirdlərə təşkilatçıların diplom və hədiyyələri təqdim olunub.